...

Berti Foqts: Belfastdakı məqsədimiz qələbə qazanmaqdır

İdman Materials 13 Noyabr 2012 19:56 (UTC +04:00)
Bu gün Belfast şəhərində Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun Şimali İrlandiya - Azərbaycan oyununa həsr olunmuş mətbuat konfransı keçirilib.
Berti Foqts: Belfastdakı məqsədimiz qələbə qazanmaqdır

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Bu gün Belfast şəhərində Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun Şimali İrlandiya - Azərbaycan oyununa həsr olunmuş mətbuat konfransı keçirilib. Bu barədə Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir.

"Heyətdəki itkilərə baxmayaraq, komandada əhval-ruhiyyə yaxşıdır. Son təlim-məşq toplanışı ərzində inkişafa nail olmuşuq. Belfastdakı məqsədimiz qələbə qazanmaqdır. Amma onu da qeyd edim ki, 4 il əvvəl heyətdə bu qədər itki olsaydı, indiki fikrimi səsləndirə bilməzdim", - Foqts deyib.

Baş məşqçi qeyd edib ki, Şimali İrlandiya yığması çox təhlükəli komandadır. Portuqaliya millisi ilə əldə etdikləri heç-heçə onlara əlavə inam verir. Üstəlik, onlar başla da yaxşı oynayırlar. Hava ötürmələri zamanı ehtiyatlı olmalıyıq.

"Qapıçı problemini həll edəcəyik. Əlbəttə, sabah qapıçımızın kim olacağını bilirəm, amma bunu sizə indi deməyəcəyəm", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti