Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir T.Cəfərov/
Hərbçilərin sərbəst və yunan-Roma güləşi üzrə dünya çempionatı 2013-cü ildə İranda keçiriləcək. Trend-in İran KİV-ə istinadən yaydığı məlumata görə, bu barədə ölkənin Silahlı Qüvvələri xəbər yayıb.
Məlumata əsasən, həmin çempionata hazırlıq və ölkə çempionatının keçirilməsi məqsədilə İranın Silahlı Qüvvələri, "Sepah", "Bəsic", polis və hərbi qüvvələrə aid qurumların komandaları arasında yarışlar başlayacaq.
Bu yarışlarda qalib gələn komandalar Beynəlxalq Hərbi İdman Şurasının (CISM) gələn il İranda keçirəcəyi yarışlara qatılacaq.