Azərbaycan, Bakı, 27 noyabr /Trend/
Azərbaycan taekvondoçuları 2012-ci ilin son beynəlxalq turnirinə yollanırlar.
Azərbaycan Taekvondo Federasiyasından Trend-ə verilən məlumata görə, baş məşqçi, əməkdar məşqçi Məmməd Abdullayevin rəhbərlik etiyi gənclərdən ibarət seçmə komandanın 5 üzvü Fransanın paytaxtında, "Paris Open" açıq beynəlxalq turnirində iştirak edəcək.
Dekabrın 1-2-nə təyin edilən yarışda idmançılarımızdan Babək Əjdərli (- 48kq), Əli Axundov (- 55kq), Ayxan Tağızadə (- 63kq), Səid Quliyev (- 73 kq) və Elnur Məhərrəmov (+ 73 kq) mübarizə aparacaq.
Turnir olimpiya çəki dərəcələrində keçiriləcək. Noyabrın 29-da Parisə yola düşən taekvondoçularımız dekabrın 4-də vətənə dönəcəklər.