...

Azərbaycanın şahmat üzrə 2015-ci il Dünya Kuboku və 2016-cı il Olimpiadasına ev sahibliyinə dair müqavilə imzalanacaq

İdman Materials 27 Noyabr 2012 17:18 (UTC +04:00)
Sabah Azərbaycanın şahmat üzrə 2015-ci il Dünya Kuboku və 2016-cı il Olimpiya çempionatına ev sahibliyinə dair müqavilə imzalanacaq.
Azərbaycanın şahmat üzrə 2015-ci il Dünya Kuboku və 2016-cı il Olimpiadasına ev sahibliyinə dair müqavilə imzalanacaq

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Sabah Azərbaycanın şahmat üzrə 2015-ci il Dünya Kuboku və 2016-cı il Olimpiya çempionatına ev sahibliyinə dair müqavilə imzalanacaq.

Trend-in Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müqaviləni FİDE-nin prezidenti Kirsan İlyumjinov və Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov imzalayacaqlar. İmzalanma mərasimində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov da iştirak edəcək.

Xatırladaq ki, ölkəmizin beynəlxalq miqyaslı iki mötəbər yarışa ev sahibliyi etməsinə dair qərar cari ilin sentyabr ayında İstanbulda keçirilən Beynəlxalq Şahmat Fedrasiyasının konqresində qəbul edilib. 2015-ci il şahmat üzrə Dünya Kubokuna və 2016-cı il Şahmat Olimpiadasına ev sahibliyi etmək üçün üç ölkə - Azərbaycan, Estoniya və Bolqarıstan öz namizədliyini irəli sürmüşdü. Yekunda Konqres iştirakçıları yekdilliklə Azərbaycanın lehinə səs vermişdilər.

Qeyd edək ki, şahmat üzrə Dünya Kubokunda 128 şahmatçı, Ümumdünya Şahmat Olimpiadasında isə təxminən dünyanın 150-dən artıq ölkəsinin qadın və kişi komandaları iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti