...

Azərbaycan atletləri Bakı Beynəlxalq Kubokunda iki medal qazanıblar

İdman Materials 14 Dekabr 2012 19:14 (UTC +04:00)
Azərbaycan atletləri IWF Grand Prix – Bakı Beynəlxalq Kubokunda yarışa qoşulublar.
Azərbaycan atletləri Bakı Beynəlxalq Kubokunda iki medal qazanıblar

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Azərbaycan atletləri IWF Grand Prix - Bakı Beynəlxalq Kubokunda yarışa qoşulublar.

Trend Azərbaycan Ağır Atletika Federasiyasına istinadən məlumat verir ki, Zülfüqar Süleymanov və Valentin Xristov 62 kq çəki dərəcəsində "A" qrupunda medallar uğrunda mübarizə aparıblar. Hər iki idmançımız uğurla çıxış edərək medalçılar sırasında yer alıb.

London Olimpiya Oyunlarında 56 kq çəki dərəcəsində bürünc medal qazanan Xristov bu dəfə daha ağır çəkidə çıxış edib. Buna baxmayaraq, gənc atlet bütün rəqiblərini üstələyərək qızıl medallara sahib çıxıb. O, toplam 302 kq (132 kq + 170 kq) çəki ilə ən yaxın izləyicisini 20 kq qabaqlayıb. 2-ci yeri tutan türkmənistanlı Umurbek Bazarbayev 282 kq (130 kq + 152 kq) nəticə göstərərək gümüş medal qazanıb.

3-cü yeri isə təcrübəli idmançımız Zülfüqar Süleymanov tutub. O, təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək toplamda 280 kq-la (122 kq + 158 kq) bürünc medallara sahib çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti