...

"Barselona" baş məşqçi axtarır

İdman Materials 19 Dekabr 2012 17:16 (UTC +04:00)
İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi Tito Vilanova postunu tərk edib.
"Barselona" baş məşqçi axtarır

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi Tito Vilanova postunu tərk edib.

Trend-in çərşənbə günü xarici KİV-ə istinadən verdiyi məlumata görə, buna səbəb Vilanovada tüpürcək vəzi şişinin kəsilib götürülməsindən sonra səhhətinin pisləşməsidir.

Mütəxəssis adıçəkilən əməliyyatı ötən il keçirmişdi. Hazırda klub 44 yaşlı məşqçinin yerinə yeni baş məşqçi axtarır.

Qeyd edək ki, Vilanova kluba cari mövsümün əvvəlindən rəhbərlik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti