...

"Kəpəz"də "yarpaq tökümü"

İdman Materials 9 Yanvar 2013 15:53 (UTC +04:00)
Trend-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın sıralarını qapıçılar İvan Radoş, Arsen Ondobo, yarımmüdafiəçi Bujamin Asani və hücumçu Yuri Fomenko tərk edib.
"Kəpəz"də "yarpaq tökümü"

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Qış fasiləsində "Kəpəz" heyətində olan əcnəbi futbolçulardan bəziləri ilə yollarını ayırıb.

Trend-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın sıralarını qapıçılar İvan Radoş, Arsen Ondobo, yarımmüdafiəçi Bujamin Asani və hücumçu Yuri Fomenko tərk edib.

Bu futbolçularla müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Heyətdə yalnız iki legioner saxlanılıb.

Yarımmüdafiəçilərdən Nikolay Svejentsev və Armando Feutçine mövsümün qalan hissəsində də "Kəpəz"in şərəfini qoruyacaq.

Qeyd edək ki, "Kəpəz" Premyer Liqanin son pilləsini tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti