...

FINA Azərbaycanda su idmanı növləri üzrə məşqçilərin hazırlanmasına kömək etməyə hazırdır

İdman Materials 23 Yanvar 2013 15:37 (UTC +04:00)
Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyevin başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) icraçı direktoru Kornel Markulesku ilə görüşüb.
FINA Azərbaycanda su idmanı növləri üzrə məşqçilərin hazırlanmasına kömək etməyə hazırdır

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyevin başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) icraçı direktoru Kornel Markulesku ilə görüşüb. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Üzgüçülük Federasiyasından bildiriblər.

Markulesku Azərbaycanda idmanın inkişafı sahəsində əldə edilən uğurları, həmçinin son illər ölkədə keçirilən beynəlxalq idman turnirlərinin təşkilini yüksək qiymətləndirib.

Tərəflər görüş zamanı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Xüsusilə, FINA-nın Azərbaycan Üzgüçülük Federasiyasının məşqçi heyətinin hazırlanmasına, respublikada iri beynəlxalq idman yarışlarının keçirilməsinə kömək etməyə hazır olduğu qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti