...

Azərbaycan Güləş Federasiyası Beynəlxalq Olimpiya Komitəsinin təşəbbüsünə münasibət bildirdi

İdman Materials 13 Fevral 2013 17:21 (UTC +04:00)
Azərbaycan Güləş Federasiyasının baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərov Beynəlxalq Olimpiya Komitəsinin (BOK) güləş idman növünü 2020-ci ilin Yay Olimpiya Oyunlarından çıxarması barədə mətbuatda yayılmış məlumatlara münasibət bildirib.
Azərbaycan Güləş Federasiyası Beynəlxalq Olimpiya Komitəsinin təşəbbüsünə münasibət bildirdi

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Azərbaycan Güləş Federasiyasının baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərov Beynəlxalq Olimpiya Komitəsinin (BOK) güləş idman növünü 2020-ci ilin Yay Olimpiya Oyunlarından çıxarması barədə mətbuatda yayılmış məlumatlara münasibət bildirib.

Federasiyadan Trend-ə verilən məlumata görə, baş katib BOK tərəfindən belə bir qərarın hələ qətiləşmədiyini bildirib.

"Beynəlxalq Olimpiya Komitəsinin qədim tarixi ənənəyə malik bir idman növü olan güləşin Olimpiya Oyunlarının siyahısından çıxarılması barədə təşəbbüslə çıxış etməsi bütün dünyada, eləcə də Azərbaycanda təəccüb və narazılıqla qarşılanıb. Ancaq bütün güləş ictimaiyyətinə, həmçinin güləş həvəskarlarına bildirmək istəyirəm ki, bu sadəcə bir təşəbbüsdür. Belə bir təşəbbüs hələ Afina Yay Olimpiya Oyunlarından sonra da gündəmə gəlmişdi. Ancaq sonda verilən qərar güləşin lehinə olmuşdu. İnanır və ümid edirik ki, bu dəfə də belə olacaq və bütün dünyada milyonlarla azarkeşi olan güləş idman növü Olimpiya Oyunlarından kənarda qalmayacaq", - o deyib.

İrəli sürülən bu təşəbbüslə bağlı may ayında Sankt-Peterburqda baş tutacaq BOK İcraiyyə Komitəsinin iclasında 8 idman növünün təqdimatının keçiriləcəyini deyən Cəfərov yekun qərarın sentyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək BOK-un hesabat-seçki konfransında veriləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti