...

Gənclər arasında Azərbaycan çempionatı keçiriləcək

İdman Materials 1 Mart 2013 14:19 (UTC +04:00)
Azərbaycan Güləş Federasiyasından Trend-ə daxil olan məlumata görə, martın 7-9-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.
Gənclər arasında Azərbaycan çempionatı keçiriləcək

Azərbaycan, Bakı, 1 mart /Trend/

Azərbaycan Güləş Federasiyasından Trend-ə daxil olan məlumata görə, martın 7-9-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.

FİLA-nın mövcud qaydalarına əsasən təşkil olunacaq və şəxsi xarakter daşıyacaq çempionatda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarını təmsil edən 1993-95-ci il təvəllüdlü idmançılar mübarizə aparacaqlar. Çempionatda çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar müvafiq diplom, medal, pul mükafatı ilə təltif ediləcək, tam dəst idman geyimi ilə təmin olunacaq və yığma komandanın heyətinə cəlb olunacaqlar.

İlkin və təsəlliverici görüşlər hər gün saat 10.00-da, final görüşləri isə saat 17.00-da başlayacaq.

Proqram

7 mart - sərbəst güləş üzrə 50, 55, 60, 66 və 74 kq
8 mart - sərbəst güləş üzrə 84, 96 və 120 kq, yunan-Roma güləşi üzrə 50, 55 və 60 kq
9 mart - yunan-Roma güləşi üzrə 66, 74, 84, 96 və 120 kq

Məqalədə:
Xəbər lenti

Xəbər lenti