Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir M.Əliyev/
Bu gün futbol üzrə Premyer Liqada fevral ayının ən yaxşı futbolçusu və ən gözəl qolun müəllifinin mükafatlandırılma mərasimi olub.
Trend-in məlumatına görə, bununla əlaqədar AFFA-nın inzibati binasında keçirilən tədbirdə Premyer Liqanın fevral ayı üçün ən yaxşı oyunçusu olan Nikolas Kanalesə ("Neftçi") PFL tərəfindən 1500 manat və xüsusi mükafat, fevral ayının ən yaxşı qolunun müəllifi Asif Məmmədova ("İnter") 1000 manat və xüsusi mükafat verilib.
Tədbirdə, həmçinin Azərbaycan çempionatları tarixində vurulmuş on mininci qolun müəllifinə - "Bakı"nın yarımmüdafiəçisi Elvin Məmmədova da xüsusi mükafat təqdim edilib.