Azərbaycan, Bakı, 20 mart /Trend/
Dünya çempionatının Təşkilat komitəsi Rusiya-2018 Təşkilat komitəsinin 2018-ci il DÇ-nin püşkatma mərasiminin Sankt-Peterburqda keçirilməsi ilə bağlı təklifinə müsbət cavab verib. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, barədə Rusiya-2018 Təşkilat komitəsinin mətbuat katibliyi xəbər verib.
Məlumata görə, püşkatma mərasimi 2015-ci il iyulun 24-ü və ya 25-də keçirilə bilər.
Qeyd edək ki, 2018-ci il DÇ-nin püşkatma mərasiminin Sankt-Peterburqda keçirilməsi ilə bağlı son qərar FIFA İcraiyyə Komitəsi tərəfindən veriləcək.