...

Azərbaycan və Gürcüstan Qazaxıstanla birgə futbol çempionatı təşkil etmək niyyətindədir

İdman Materials 12 Aprel 2013 14:41 (UTC +04:00)
Gürcüstan və Azərbaycan birgə futbol çempionatı təşkil etmək və ona Qazaxıstanı cəlb etmək niyyətindədir.
Azərbaycan və Gürcüstan Qazaxıstanla birgə futbol çempionatı təşkil etmək niyyətindədir

Gürcüstan, Tbilisi, 12 aprel /Trend, müxbir N. Kirtsxaliya/

Gürcüstan və Azərbaycan birgə futbol çempionatı təşkil etmək və ona Qazaxıstanı cəlb etmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə cümə günü Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Zviad Siçinava jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu barədə qərar yaxın həftələrdə qəbul olunacaq.

"Bu məsələ artıq Azərbaycan Futbol Federasiyası ilə müzakirə olunub və razılaşdırılıb. Qazaxıstan Federasiyasının prezidenti ilə danışıqlar isə Tbilisdə onun da qatılacağı futzal üzrə Çempionlar Liqasının final yarışı zamanı aparılacaq",- Siçinava qeyd edib.

O, həmçinin qeyd edib ki, bu ideya futzal üzrə final yarışına gələcək UEFA prezidenti Mişel Platini ilə də müzakirə olunacaq.

"Bu, çox perspektivli ideyadır və mən bilirəm ki, UEFA-da belə maraqlı ideyalar dəstəklənir və buna ümid edirəm", - GFF prezidenti bildirib.

O hesab edir ki, çempionatın bu formatda keçirilməsi futbolçuların ustalıq səviyyəsinin qaldırılmasına və klub futbolunun inkişafı üçün lazım olun ciddi maliyyə vəsaitlərinin cəlb olunmasına kömək edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti