...

"Mançester Yunayted"in əfsanəvi oyunçusu məşqçi olmağa hazırlaşır (FOTO)

İdman Materials 3 May 2013 17:49 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Azərbaycana dəvət etdiyi “Mançester Yunayted” klubunun əfsanəvi hücumçusu Duayt Yorkla görüş təşkil edib.
"Mançester Yunayted"in əfsanəvi oyunçusu məşqçi olmağa hazırlaşır (FOTO)

Azərbaycan, Bakı, 3 may /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Azərbaycana dəvət etdiyi "Mançester Yunayted" klubunun əfsanəvi hücumçusu Duayt Yorkla görüş təşkil edib.

"Sharks Mobile" diler mağazasında baş tutan görüşdə York fanatları ilə söhbətləşib, avtoqraf verib və şəkil çəkdirib.

Jurnalistlərin suallarını cavablandıran York ötən gün veteran futbolçular arasında keçirilən yoldaşlıq görüşü, "Mançester Yuyayted"dəki oyunu, komandanın indiki heyəti, İngiltərə Premyer Liqasının hazırkı vəziyyəti və s. haqqında fikirlərini bölüşüb. O, hazırda "SkySport" kanalında idman şərhçisi kimi fəaliyyət göstərdiyini, eyni zamanda, peşəkar futbol məşqçisi olmağa hazırlaşdığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti