...

Rio Ferdinand İngiltərə milli komandasında karyerasını başa vurub

İdman Materials 15 May 2013 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir E.Tanrıverdiyev/

İngiltərənin "Mançester Yunayted" futbol klubunun müdafiəçisi Rio Ferdinand İngiltərənin yığmasında çıxışını tamamladığını elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti xəbər yayıb.

Məlumatda bildirilir ki, oyunçu öz qərarı barədə milli komandanın məşqçisi Roy Hocsonu xəbərdar edib.

Ferdinand bildirib ki, artıq 34 yaşı var, yolu daha gənc oyunçulara vermək vaxtı çatıb: "Hazırda milli komandaya böyük gələcək vəd edən istedadlı və perspektivli oyunçular cəlb olunub. Eyni zamanda mən diqqətimi klub karyerasında cəmləyəcəyəm".

Ferdinand İngiltərə milli komandası tarixində çıxış edən ən gənc müdafiəçidir. O, ilk dəfə 19 yaşında 1997-ci ildə "Uembli" stadionunda keçirilən İngiltərə-Kamerun oyununda meydana çıxıb. O vaxtdan etibarən, müdafiəçi milli komandanın heyətində 81 oyun keçirib və 3 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti