...

Devid Bekxem öz son rəsmi oyununu keçirib

İdman Materials 19 May 2013 17:31 (UTC +04:00)
"Pari Sen-Jermen" futbol klubunun yarımmüdafiəçisi Devid Bekxem öz karyerasının son rəsmi oyununu keçirib.
Devid Bekxem öz son rəsmi oyununu keçirib

Azərbaycan, Bakı, 19 may /Trend/

"Pari Sen-Jermen" futbol klubunun yarımmüdafiəçisi Devid Bekxem öz karyerasının son rəsmi oyununu keçirib.

Trend RBK agentliyinə istinadən verdiyi məlumata görə, o, kapitan sarğısı ilə "Brestə" qarşı Fransa çempionatının 37-ci turunun matçına çıxıb.

Bekxem 81-ci dəqiqədə əvəz edilərək "Park de Prens" stadionunda azarkeşlərin gurultulu alqışlarları altında oyunu tərk edib.

"Bəli, bu oyun mənim üçün sonuncu idi. Hərçənd çempionatın daha bir turu var. Gəlin baxaq görək vəziyyət necə olacaq.

Mən emosiyalarımı və həyəcanımı saxlamağa çalışdım, lakin son 25 dəqiqədə bunu etməyə mənim üçün artıq ağır idi. Partnyorlar mənə elə münasibət göstərdilər ki, guya biz artıq 10 il birlikdə oynayırıq. Mənim dostlarım, mənim ailəm stadionda idilər. Bu xüsusi bir axşam idi", - Bekxem deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti