Azərbaycan, Bakı, 27 may /Trend/
Almaniyanın "Borussiya" (Dortmund) komandasının polşalı hücumçusu Robert Levandovski agenti Sezar Kuxarski vasitəsilə klub rəhbərliyindən qüvvədə olan müqaviləsinin şərtlərinin yaxşılaşdırılmasını tələb edir.
Trend-in bazar ertəsi xarici KİV-ə istinadən verdiyi məlumata görə, əks təqdirdə forvard klub rəhbərliyini "Bavariya"ya keçəcəyi ilə hədələyib.
Qeyd edək ki, Dortmund təmsilçinin digər üzvü Mario Getse "Bavariya"ya transfer edilib. Levandovskinin klubla müqaviləsi 2014-cü ilədəkdir və polşalı gələn yay klubu tərk edərsə, "Bavariya" onu tamamilə pulsuz əldə edəcək.