...

FIFA irqçilik təzahürlərinə görə cəzanı sərtləşdirdi

İdman Materials 31 May 2013 18:29 (UTC +04:00)
Trend-in cümə günü xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə qərar FIFA-nın Mavrikidə keçirilən konqresində qəbul edilib.
FIFA irqçilik təzahürlərinə görə cəzanı sərtləşdirdi

Azərbaycan, Bakı, 31 may /Trend/

FIFA stadionlarda irqçilik təzahürlərinə görə cəzanı sərtləşdirib.

Trend-in cümə günü xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə qərar FIFA-nın Mavrikidə keçirilən konqresində qəbul edilib.

Yeni qaydalara əsasən, irqçilik təzahürlərinə görə klubların xalları silinəcək. Klub və ya azarkeşlər tərəfindən bu mənfi hal təkrarlanarsa, komanda qitə birincilikləri daxil olmaqla turnirlərdən kənarlaşdırıla bilər.

Oyunçular və futbol başbilənləri isə ən azı beş matç diskvalifikasiya ediləcəklər. Onlara bu müddət ərzində futbol stadionlarında olmaq qadağan ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti