...

"Mançester Yunayted" Ronaldonu istəyir

İdman Materials 5 İyun 2013 15:24 (UTC +04:00)
İngiltərənin "Mançester Yunayted" futbol klubunun rəhbərliyi Portuqaliya millisinin lideri Kriştianu Ronaldonu geri qaytarmaq niyyətindədir.
"Mançester Yunayted" Ronaldonu istəyir

Azərbaycan, Bakı, 5 iyun /Trend/

İngiltərənin "Mançester Yunayted" futbol klubunun rəhbərliyi Portuqaliya millisinin lideri Kriştianu Ronaldonu geri qaytarmaq niyyətindədir. Bu barədə Trend Britaniya KİV-ə istinadən məlumat verir.

Məlumata görə, "Mançester Yunayted" klubu 28 yaşlı futbolçunun transferi üçün Madrid "Real"ına 65 milyon funt sterlinq (təxminən 100 milyon dollar) və bir oyunçu təklif etməyə hazırdır.

Ronaldonun "Real"la qüvvədə olan müqaviləsi 2015-ci ildə bitir və hələ ki portuqaliyalı ulduz razılaşmanın müddətini uzatmağa tələsmir.

Xatırladaq ki, Ronaldo 2009-cu ildə 80 milyon funt sterlinq (təxminən 122 milyon dollar) müqabilində "Real"a keçmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti