...

"Qalatasaray" - "Fənərbağça" arasında Superkubok oyununun keçiriləcəyi stadion müəyyənləşdi

İdman Materials 5 İyun 2013 15:51 (UTC +04:00)
Türkiyə Futbol Federasiyası (TFF) ölkə Superkuboku uğrunda qarşılaşmanın keçiriləcəyi məkanı müəyyənləşdirib.
"Qalatasaray" - "Fənərbağça" arasında Superkubok oyununun keçiriləcəyi stadion müəyyənləşdi

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Türkiyə Futbol Federasiyası (TFF) ölkə Superkuboku uğrunda qarşılaşmanın keçiriləcəyi məkanı müəyyənləşdirib.

Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, "Fənərbağça" ilə "Qalatasaray" arasındakı görüş böyük ehtimalla Mersin şəhərində baş tutacaq.

Xatırladaq ki, TFF əvvəlcə bu oyunun Bakıda keçirilməsi ilə bağlı Azərbaycan tərəfinə müraciət etsə də, AFFA vaxt məhdudluğunu əsas gətirərək təklifi rədd etmişdi.

Qeyd edək ki, "Mersin Arena" stadionu 25 min azarkeş tutumuna malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti