...

8 futbol klubu Gürcüstan çempionatında iştirakdan imtina edir

İdman Materials 5 İyun 2013 21:45 (UTC +04:00)
Gürcüstan Futbol Federasiyasında federasiya rəhbərliyi ilə yüksək və birinci liqalarda çıxış edən klubların rəhbərliyi arasında görüş keçirilib.
8 futbol klubu Gürcüstan çempionatında iştirakdan imtina edir

Gürcüstan, Tbilisi, 5 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Futbol Federasiyasında federasiya rəhbərliyi ilə yüksək və birinci liqalarda çıxış edən klubların rəhbərliyi arasında görüş keçirilib. GFF-ni federasiya prezidenti Zviad Siçinava, Revaz Arveladze və Murtaz Xurtsilava təmsil ediblər.

Trend-in məlumatına görə, iclas zamanı 8 klub hər birinə 2 milyon lari vəsait ayrılmayacağı təqdirdə, Gürcüstan çempionatında iştirak etməyəcəyini bəyan edib. Qeyd edək ki, Qori şəhərinin "Dila" komandası dövlətdən bu məbləğdə maliyyə vəsaiti alıb.

Boykot elan edən klublar: "Dinamo" Tbilisi, "Zestafoni", "VİT Corciya", "Metallurq", "Sioni", "Zuqdidi", "Merani" və "Torpedo".

GFF nümayəndələri bildiriblər ki, əgər 8 komanda iştirakdan imtina edərsə, o zaman çempionat baş tutmayacaq.

Qeyd edək ki, hazırda Gürcüstan çempionatında 12 komanda çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti