...

Azərbaycan klublarının Avropa Liqasındakı rəqibləri

İdman Materials 24 İyun 2013 16:22 (UTC +04:00)
Bu gün İsveçrənin Nyon şəhərində 2013/2014 mövsümü üçün UEFA Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkü atılıb.
Azərbaycan klublarının Avropa Liqasındakı rəqibləri

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Bu gün İsveçrənin Nyon şəhərində 2013/2014 mövsümü üçün UEFA Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkü atılıb.

Trend-in məlumatına görə, püşkatmaya əsasən Azərbaycanı Avroliqada təmsil edəcək 3 komanda - "Qarabağ", "İnter" və "Xəzər Lənkəran" klublarının rəqibləri məlum olub.

Avropa Liqasının II təsnifat mərhələsində mübarizəyə qoşulacaq "Qarabağ" "Metalurq" (Skopye, Makedoniya), "İnter" "Mariehamn" (Finlandiya), "Xəzər Lənkəran" isə "Sliema Uonderers" (Malta) ilə qarşılaşacaq.

Avroliqanın II təsnifat mərhələsinin görüşləri 18-25 iyul tarixlərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti