...

PFL prezidenti Premyer Liqada yeni mövsümdə həyata keçiriləcək dəyişiklikləri açıqladı

İdman Materials 12 İyul 2013 15:36 (UTC +04:00)
Yeni mövsümdə Premyer Liqada dəyişikliklər olacaq. Yeni mövsümdən I Divizion komandalarının əsas heyətində 8 nəfər 21 yaş altı futbolçu iştirak etməlidir. Məşqçilərin bu oyunçuların hamısını oynada bilməsi üçün I Divizion oyunlarında 3 yox, 5 oyunçunun əvəzedilməsinə icazə veriləcək.
PFL prezidenti Premyer Liqada yeni mövsümdə həyata keçiriləcək dəyişiklikləri açıqladı

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Yeni mövsümdə Premyer Liqada dəyişikliklər olacaq. Yeni mövsümdən I Divizion komandalarının əsas heyətində 8 nəfər 21 yaş altı futbolçu iştirak etməlidir. Məşqçilərin bu oyunçuların hamısını oynada bilməsi üçün I Divizion oyunlarında 3 yox, 5 oyunçunun əvəzedilməsinə icazə veriləcək. Trend-in məlumatına görə, bu sözləri PFL prezidenti Ramin Musayev bu gün keçirilən Premyer Liqanın püşkatma mərasimində deyib.

Musayev deyib ki, yeni mövsümdən etibarən Adidas şirkətinin istehsalı olan "Kafusa" (Cafusa) toplarından istifadə olunacaq: "Hər bir komandanın oyun formalarında futbolçuların ad və ya soyadı qeyd olunacaq. Bəzi gərgin oyunlarda 6 hakimdən istifadə olunması üçün Hakimlər Komitəsinə müraciət edəcəyik. Növbəti mövsümdən I Diviziondan Premyer Liqaya bir komanda yüksələcək. Həmçinin, PFL tərəfindən verilmiş xüsusi lisenziyası olmayan klub nümayəndələri komandalarının oyunları zamanı texniki zonada əyləşə bilməyəcəklər".

Ramin Musayev KİV nümayəndələri maraqlandıran sualları cavablandırarkən bildirib ki, avrokuboklarda çıxış edən klublarımıza böyük ümidləri var.

PFL prezidenti Azərbaycan Superkuboku uğrunda oyunun keçirilməsinə münasibət bildirib.

O hələlik bu matçın tarixinin məlum olmadığını vurğulayıb:

"Azərbaycan Superkuboku uğrunda oyunun iştirakçıları olan "Neftçi" ilə "Xəzər Lənkəran"ın II təsnifat mərhələsində ilk matçlarının evdə olacağı halda, bu oyunu mütləq keçirməyi nəzərdətutmuşduq. Ancaq "Neftçi"nin Çempionlar Liqasında Albaniyanın "Skenderbeu" ilə ilk matçı evdədirsə, "Xəzər Lənkəran" Avropa Liqasında Hayfa "Makkabi"si ilə ilk oyununu səfərdə keçirəcək. Kubok da, medallar da hazırdır. Ancaq avrokuboklarda ilk oyunların məkanı fərqli olduğundan, keçirə bilmədik. Tarixi indidən demək olmur, ancaq gözəl bir günə salacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti