...

Buskets "Barselona" ilə müqaviləni 2018-ci ilə qədər uzadıb

İdman Materials 16 İyul 2013 17:26 (UTC +04:00)
İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Serxio Buskets komandası ilə yeni müqavilə imzalayıb. Trend-in məlumatına görə, bu barədə kataloniyalıların rəsmi saytı xəbər verir.
Buskets "Barselona" ilə müqaviləni 2018-ci ilə qədər uzadıb

Azərbaycan, Bakı, 16 iyul /Trend/

İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Serxio Buskets komandası ilə yeni müqavilə imzalayıb. Trend-in məlumatına görə, bu barədə kataloniyalıların rəsmi saytı xəbər verir.

İspaniya millisinin oyunçusu 25 yaşı tamam olduğu gün "Barselona" ilə müqaviləsini daha 5 il uzadıb.

Müqavilənin şərtlərinə görə, Busketsi müqavilənin vaxtı başa çatmamışdan əvvəl əldə etmək istəyən hər hansı digər klub 150 milyon avro ödəməlidir.

Xatırladaq ki, dördqat İspaniya çempionu Buskets ikiqat ölkə kubokunun, UEFA Çempionlar Liqası və Superkubokun qalibidir. Futbolçu, həmçinin İspaniya millisinin heyətində dünya və Avropa çempionu adını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti