Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir M.Əliyev/
Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanan Ağdamın "Qarabağ" klubunun beş potensial rəqibi müəyyənləşib. Trend-in UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, komandamızın rəqibi beş komandadan biri - "Sevilya" (İspaniya), "Standart" (Belçika),
"Ayntraxt" (Almaniya), "Zalsburq" (Avstriya) və "Nordsjeeland" (Danimarka) olacaq.
Avroliqanın püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 16.00-da başlanacaq.