...

DİN “Xəzər-Lənkəran” və “Neftçi” klubları arasında keçirilmiş oyun zamanı baş verən insidentlə bağlı məlumat yayıb

İdman Materials 26 Avqust 2013 14:51 (UTC +04:00)
Daxili İşlər Nazirliyi “Xəzər-Lənkəran” və “Neftçi” futbol klubları arasında keçirilmiş oyun zamanı baş verən insidentlə bağlı məlumat yayıb.
DİN “Xəzər-Lənkəran” və “Neftçi” klubları arasında keçirilmiş oyun zamanı baş verən insidentlə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İ.İzzət/

Daxili İşlər Nazirliyi "Xəzər-Lənkəran" və "Neftçi" futbol klubları arasında keçirilmiş oyun zamanı baş verən insidentlə bağlı məlumat yayıb.

Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 25-də saat 20.22 radələrində Lənkəran şəhər Mərkəzi Stadionunda "Xəzər-Lənkəran" və "Neftçi" futbol klubları arasında keçirilmiş oyun başa çatdıqdan sonra bir qrup azarkeş ictimai qaydanı pozaraq daş və müxtəlif əşyaları meydançaya və digər azarkeşlərə atmış, meydançanın oturacaqlarını və giriş qapısını sındıraraq yandırmış, meydançada və küçədə 35-40 dəqiqə ərzində hərəkəti məhdudlaşdıran xuliqanlıq hərəkətləri etmişlər.

Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində ictimai qaydanı pozanlardan 7 nəfər saxlanılaraq ŞRPŞ-yə gətirilmişdir. Onlardan 4-nün sərxoş halda olmaları müəyyən edilmişdir.
İctimai asayişi qorumağa cəlb edilmiş DİO əməkdaşlarından 6 nəfəri xəsarət almışdır.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi başlanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti