...

Bekhemin oğlu "topçu" oldu

İdman Materials 9 Sentyabr 2013 18:36 (UTC +04:00)
Məşhur ingiltərəli futbolçu Devid Bekhemin oğlu Romeo Londonun "Arsenal" komandasının futbol akademiyasına daxil olub.
Bekhemin oğlu "topçu" oldu

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Məşhur ingiltərəli futbolçu Devid Bekhemin oğlu Romeo Londonun "Arsenal" komandasının futbol akademiyasına daxil olub. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, 10 yaşlı Romeo "Arsenal"ın fanatıdır.

Məlumata görə, Romeo bazar günü sevimli komandasının matçına gedib, hətta "Arsenal"ın baş məşqçisi Arsen Vengerlə söhbət etməyə də vaxt tapıb.

A.Venger Romeoya arxasında adının yazıldığı futbolkanı hədiyyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti