...

Londonda sensasiya, hollandların darmadağını, italyanların qələbəsi

İdman Materials 19 Sentyabr 2013 01:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyunları keçirilib.

Trend-in məlumatına görə, ikinci oyun günündə E, F, G və H qruplarında olan komandalar qarşılaşıblar.

İtaliyanın "Napoli" komandası doğma meydanda Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edib. 26-cı dəqiqədə Qonsalo İquain meydan sahiblərini önə keçirib. I hissənin son dəqiqələrində almanların qapıçısı Roman Vaydenfeller qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

67-ci dəqiqədə Lorenso İnsinye hesabı 2:0-a çatdırıb. Matçın son dəqiqələrində avtoqol qeydə alınıb - Zuniqa topu öz qapısından keçirib (2:1).

İspaniyanın "Barselona" klubu Nou Kampda "Ayaks" ilə qarşılaşıb. Hollandlar katalonların hücumuna tab gətirə bilməyiblər - 4:0.

Londonda isə sensasiya qeydə alınıb. "Çelsi" İsveçrənin "Bazel" klubuna məğlub olub - 1:2.

Turun digər oyunları:

"Şalke" (Almaniya) - "Styaua" (Rumıniya) - 3:0
"Marsel" (Fransa) - "Arsenal" (İngiltərə) - 1:2
"Austriya" (Vyana, Avstriya) - "Portu" (Portuqaliya) - 0:1
"Atletiko" (Madrid, İspaniya) - "Zenit" (Sankt-Peterburq, Rusiya) - 3:1
"Milan" (İtaliya) - "Seltik" (Şotlandiya) - 2:0

Xəbər lenti

Xəbər lenti