Azərbaycan, Bakı, 8 oktyabr /Trend/
Azərbaycan Superkubokunun keçirilmə yeri və vaxtı müəyyənləşib.
Trend-in məlumatına görə, həlledici görüşdə Azərbaycanın sonuncu çempionu "Neftçi" və ölkə kubokunun sahibi "Xəzər Lənkəran" klubları üz-üzə gələcəklər.
Oktyabrın 23-nə nəzərdə tutulan Superkubok matçı ilk dəfə olaraq Naxçıvanda keçiriləcək.
Qeyd edək ki, bu günə qədər cəmi üç Superkubok matçı keçirilib ki, bunların da ikisində "Neftçi", birində isə "Qarabağ" qalib gəlib.