Azərbaycan, Bakı, 18 oktyabr /Trend/
Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsinin püşkü atılıb.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Azərbaycan çempionu "Araz" Portuqaliyanın "Sportinq", Macarıstanın "Qyor Eto" və Hollandiyanın "Eyndhoven" komandaları ilə eyni qrupda yer alıb.
Bu mərhələnin oyunları 19-24 noyabr tarixlərində keçiriləcək.
"Araz"ın yer aldığı D qrupunun oyunları Portuqaliyada təşkil olunacaq.