...

FİFA prezidenti İranı qadınlara stadiona getməyə icazə verməyə çağırıb

İdman Materials 8 Noyabr 2013 10:43 (UTC +04:00)
Azərbaycan, Bakı, 8 noyabr /Trend/ İranlı qadınlara futbol oyunlarına getməyə icazə verilməlidir. Trend-in "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, bu təkliflə FİFA prezidenti Yozef Blatter çıxış edib.
FİFA prezidenti İranı qadınlara stadiona getməyə icazə verməyə çağırıb

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

İranlı qadınlara futbol oyunlarına getməyə icazə verilməlidir. Trend-in "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, bu təkliflə FİFA prezidenti Yozef Blatter çıxış edib.

Y.Blatter Tehrana rəsmi səfəri zamanı bu məsələni İranın vitse-prezidenti və parlament sədri ilə müzakirə edib.

Qeyd edək ki, İran qanunlarına görə, qadınlara kişi komandalarının oyunları zamanı stadiona getmək qadağan edilib. Hökumət və dini liderlər hesab edirlər ki, tribunalarda hər iki cinsin nümayəndələrinin olması onların mənəviyyatına ziyan vurar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti