...

DÇ-2014-ün bütün iştirakçıları məlum oldu

İdman Materials 21 Noyabr 2013 07:01 (UTC +04:00)
2014-cü ildə Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edəcək bütün 32 komandanın adı məlum olub.
DÇ-2014-ün bütün iştirakçıları məlum oldu

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

2014-cü ildə Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edəcək bütün 32 komandanın adı məlum olub.

Trend-in məlumatına görə, DÇ-2014-ün final mərhələsinə vəsiqə qazanan sonuncu ölkənin adına bu gün aydınlıq gəlib. Belə ki, Uruqvay millisi öz meydanında İordaniyanı qəbul edib. Matç qolsuz bərabərə qalıb. İlk oyunda səfərdə 5:0 hesabı ilə qalib gələn cənubi amerikalılar iki oyunun nəticəsinə görə mundiala vəsiqə qazanıblar.

Beləliklə, Avropadan DÇ-yə İspaniya, Almaniya, İtaliya, Niderland, İngiltərə, Belçika, Rusiya, İsveçrə, Bosniya və Herseqovina, Yunanıstan, Portuqaliya, Xorvatiya və Fransa yığmaları yollanacaq.

Cənubi Amerikanı mundialda ev sahibi Braziliya ilə yanaşı, Argentina, Kolumbiya, Çili, Ekvador və Uruqvay, Şimali Amerikanı isə ABŞ, Kosta Rika, Meksika və Honduras təmsil edəcək.

Afrikadan DÇ-yə Nigeriya, Əlcəzair, Kot-d'İvuar, Kamerun və Qana qatılacaq.

Asiya mundialda İran, Avstraliya, Yaponiya və Cənubi Koreya ilə təmsil olunacaq.

DÇ-nin püşkatması dekabrın 9-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti