...

Azərbaycan Milli Karate Federasiyasına yeni təyinatlar edilib (FOTO)

İdman Materials 5 Dekabr 2013 16:11 (UTC +04:00)
Azərbaycan Milli Karate Federasiyası (AMKF) və federasiyasının baş sponsoru Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi ilə birgə iclas keçirilib.
Azərbaycan Milli Karate Federasiyasına yeni təyinatlar edilib (FOTO)

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Azərbaycan Milli Karate Federasiyası (AMKF) və federasiyasının baş sponsoru Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi ilə birgə iclas keçirilib.

Trend-in məlumatına görə, iclasda AMKF-in nizamnaməsinə dəyişikliklər edilib, cari problemlərin həlli yolları araşdırılıb. Bundan başqa, yığıncaqda 2015-ci il Bakı Avropa Oyunları və 2017-ci ildə paytaxtımızda lV İslam Oyunlarına hazırlıq işləri müzakirə edilib.

İclasda, həmçinin federasiya rəsmilərinin aşağıda qeyd edilən yeni tərkibdə heyəti təsdiqlənib:

Azərbaycan Milli Karate Federasiyasının prezidenti - Yaşar Bəşirov;

AMKF-in l vitse-prezidenti - İlham Qasımzadə;

AMKF-in vitse-prezidenti - Yusif Məmmədov,

AMKF-in baş katibi - Mir-Cabbar Seyidov.

İdarə heyətinə Yaşar Bəşirov, İlham Qasımzadə, Yusif Məmmədov, Cabbar Seyidov və Emin İbrahimov, Nəzarət Təftiş Komissiyasına Ruslan Vəliyev, Fuad Tahirov, Nəzifə Osmanova daxil olub.

Məşqçilər Komitəsinə Rəhman Hətəmov, Hakimlər Komitəsinə isə Cahangir Babayev sədr seçilib.

Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi və İdarə heyəti 5 illik müddətə, Nəzarət Təftiş Komitəsi isə 2 il müddətinə seçilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti