Azərbaycan, Bakı, 22 dekabr /Trend/
"Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatın ikinci günündə yunan-Roma güləşi üzrə 84, 96 və 120 kq, sərbəst güləş üzrə 55 və 60 kq çəki dərəcələrində 116 pəhləvan çempionluq uğrunda mübarizə aparıb.
Qalib və mükafatçılar aşağıdakılardır.
Yunan-Roma güləşi üzrə |
||||||
84 kq |
96 kq |
120 kq |
||||
Sərbəst güləş üzrə |
||||||
55 kq |
60 kq |
Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunur, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb edilir və tam dəst idman geyimi ilə təmin olunurlar.
Çempionatın son günündə sərbəst güləş üzrə 66, 74, 84, 96 və 120 kq çəki dərəcələrində güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər.