...

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi "DÇ 2014"-ün III seçmə mərhələsinə start verir

İdman Materials 2 Yanvar 2014 12:41 (UTC +04:00)
Voleybol üzrə qadınlardan ibarət milli komandamız 2014-cü il dünya çempionatının 3-cü seçmə mərhələsinə hazırlıqlarını davam etdirir.
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi "DÇ 2014"-ün III seçmə mərhələsinə start verir

Azərbaycan, Bakı, 2 yanvar /Trend/

Voleybol üzrə qadınlardan ibarət milli komandamız 2014-cü il dünya çempionatının 3-cü seçmə mərhələsinə hazırlıqlarını davam etdirir.

Trend Azərbaycan Voleybol Federasiyasının saytına istinadən xəbər verir ki, yanvarın 3-də saat 19:00-da qızlarımız ilk görüşünü İsrail millisinə qarşı keçirəcəklər.

Qeyd edək ki, komandamız J qrupunda mübarizə aparır.

3-cü mərhələdə 5 qrupda 4 komanda olmaqla ümumilikdə 20 milli komanda mübarizə aparacaq. Qrup birincisi olan komanda və qrup ikinciləri arasında ən yaxşı bir komanda "DÇ 2014"-ə vəsiqə qazanacaq.

03/01/2014

16:00. Serbiya - Estoniya

19:00. Azərbaycan - İsrail

04/01/2014

16:00. Serbiya - İsrail

19:00. Estoniya - Azərbaycan

05/01/2014

16:00. İsrail - Estoniya

19:00. Azərbaycan - Serbiya

Məqalədə:
Xəbər lenti

Xəbər lenti