...

"Fənərbaxça" - "Neftçi" qarşılaşmasını izləmək istəyən azarkeşlərin nəzərinə

İdman Materials 10 Yanvar 2014 14:59 (UTC +04:00)
Antalyada yanvarın 18-də keçiriləcək yoldaşlıq görüşü çərçivəsində "Fənərbaxça" - "Neftçi" matçının biletləri satışa çıxarılıb.
"Fənərbaxça" - "Neftçi" qarşılaşmasını izləmək istəyən azarkeşlərin nəzərinə

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Antalyada yanvarın 18-də keçiriləcək yoldaşlıq görüşü çərçivəsində "Fənərbaxça" - "Neftçi" qarşılaşmasının biletləri satışa çıxarılıb.

Trend-in "Fənərbaxça"nın rəsmi saytına istinadən verdiyi məlumata görə, adambaşı maksimum iki biletin alına biləcəyi görüş "Mardan" stadionunda keçiriləcək.

Artıq biletlərin qiyməti də açıqlanıb. Belə ki, qapı arxasında olan sektorlara biletlərin qiyməti 10 lirə, digər sektorlara isə 20 lirədir. VİP sektorlara isə 40 lirə qiymət qoyulub.

Qeyd edək ki, "Fənərbaxça" - "Neftçi" oyunu yanvarın 18-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti