...

"Lokomotiv" səfərdə məğlub oldu

İdman Materials 15 Yanvar 2014 10:45 (UTC +04:00)
Voleybol üzrə qadınlar arasında CEV kubokunda mübarizə aparan komandalarımızdan biri bu gün meydana çıxıb.
"Lokomotiv" səfərdə məğlub oldu

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Voleybol üzrə qadınlar arasında CEV kubokunda mübarizə aparan komandalarımızdan biri bu gün meydana çıxıb.

Trend-in məlumatına görə, "Lokomotiv" 1/4 final çərçivəsində Polşada "Bank Fakro"nun qonağı olub.

Qarşılaşmanın gərgin keçəcəyi gözlənilsə də, təmsilçimiz asan təslim olub.

Səfərdə baş tutmuş ilk görüşdən xalsız və setsiz dönən "dəmiryolçular" cavab qarşılaşmasında qalib gəlib mübarizəni qızıl setə daşımalıdırlar.

Qeyd edək ki, cütün ikinci oyunu gələn həftə Bakıda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti