...

İdmanda razılaşdırılmış oyunlar məsələsi Avropa Şurasında müzakirəyə çıxarılacaq

İdman Materials 21 Yanvar 2014 16:34 (UTC +04:00)
Avropa Şurasında idmanda manipulyasiya, xüsusilə də matçların nəticələrinin əvvəlcədən razılaşdırılmasına qarşı mübarizə məsələlələri müzakirə ediləcək.
İdmanda razılaşdırılmış oyunlar məsələsi Avropa Şurasında müzakirəyə çıxarılacaq

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İzzət/

Avropa Şurasında idmanda manipulyasiya, xüsusilə də matçların nəticələrinin əvvəlcədən razılaşdırılmasına qarşı mübarizə məsələlələri müzakirə ediləcək. Bu barədə Trend-ə millət vəkili, AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev məlumat verib.

Onun sözlərinə görə, yanvarın 23-də Fransanın Strasburq şəhərində Avropa Şurasının İdmanın İnkişafı komitəsinin İdarə Heyətinin 6-cı iclası keçiriləcək. İclasda Azərbaycanı R.Əliyev, Gənclər və İdman Nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov təmsil edəcəklər: "İclasda İdman haqqında Genişləndirilmiş Hissəvi Saziş (EPAS) çərçivəsində idmanda manipulyasiya, xüsusilə də matçların nəticələrinin əvvəlcədən razılaşdırılmasına qarşı mübarizə məsələləri müzakirə ediləcək, eləcə də Avropa Şurasının İdman üzrə Konvensiya layihəsi qəbul olunacaq".

Avropa Şurasına üzv olan bütün ölkələrin nümayəndələrinin iştirak edəcəyi iclasda millət vəkili R.Əliyevin 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı məruzə ilə çıxış edəcəyi də gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti