...

"Simurq" klubu heyətini belçikalı futbolçu ilə gücləndirib

İdman Materials 30 Yanvar 2014 18:19 (UTC +04:00)
"Simurq" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
"Simurq" klubu heyətini belçikalı futbolçu ilə gücləndirib

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

"Simurq" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Trend klubun saytına istinadən məlumat verir ki, komanda Antalyadakı qış təlim-məşq toplanışında baxışdan uğurla keçən Lambot Benjamin Edouardla 1+1 sistemli müqavilə imzalayıb.

Belçikalı yarımmüdafiəçi bu gün Zaqatala təmsilçisi ilə rəsmi müqaviləyə imza atıb. 26 yaşlı futbolçu komandanın heyətində 19 nömrəli forma geyinəcək.

Qeyd edək ki, Benjaminin son klubu "Lierse" (Belçika) olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti