...

Azərbaycanlı məşqçilər batut üzrə beynəlxalq dərəcəli hakimlər olublar

İdman Materials 31 Yanvar 2014 13:02 (UTC +04:00)
Üç azərbaycanlı mütəxəssis batutda tullanma üzrə beynəlxalq dərəcəli hakim olublar.
Azərbaycanlı məşqçilər batut üzrə beynəlxalq dərəcəli hakimlər olublar

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Üç azərbaycanlı mütəxəssis batutda tullanma üzrə beynəlxalq dərəcəli hakim olublar. Belə qərar yanvarın əvvəlində Bakıda Beynəlxalq Gimnastika Federasiyasının Batutda tullanma üzrə Texniki Komitəsinin üzvü Dmitri Polyaruşun iştirakı ilə keçirilən hakimlər seminarının yekunları üzrə qəbul edilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirilib.

Bakı Gimnastikanın Məktəbinin məşqçiləri Abdulla Qasımov, Rahib Əliyev və Adil Hüseynzadə kursu müvəffəqiyyətlə dinləyərək, üç imtahan veriblər və bundan sonra 4-cü hakim dərəcəsinə malik olublar. A.Hüseynzadə həm də tamblinq üzrə 3-cü dərəcəli beynəlxalq hakimdir.

Artıq bu yay və payızda onlar İsveçrədə, Belarusda və Portuqaliyada Dünya Kuboku mərhələlərində, ən yaxın perspektivdə, yəni aprelin əvvəlində Pireney yarımadasında Avropa çempionatında iştirak edə biləcəklər.

Batutda tullanma yeni idman növüdür və o, keçən ildən Azərbaycan Gimnastika Federasiyasında inkişaf etdirilir. Ölkə yığmasının üzvü Ruslan Ağamirov dünya çempionatında, bir sıra Dünya Kuboku mərhələlərində çıxış edib, həmçinin Belarusda beynəlxalq yarışda ikinci yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti