...

Yeniyetmə güləşçilərin Azərbaycan çempionatının seçim turnirləri başlayır

İdman Materials 5 Fevral 2014 15:12 (UTC +04:00)
Sərbəst və yunan-Roma güləşi üzrə 1997-1998-ci il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək.
Yeniyetmə güləşçilərin Azərbaycan çempionatının seçim turnirləri başlayır

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Sərbəst və yunan-Roma güləşi üzrə 1997-1998-ci il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək.

Trend Azərbaycan Güləş Federasiyasına (AGF) istinadən məlumat verir ki, çempionatın keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq və bu il keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.

FILA-nın qaydalarına əsasən keçirilən turnir iki mərhələdən ibarətdir. İlk mərhələdə fevralın 5-16-da AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə Region birinciliyi uğrunda yarışlar keçiriləcək.

5-6 fevral - 5 saylı nümayəndəlik, Göyçay
8-9 fevral - 3 saylı nümayəndəlik, Şamaxı
8-9 fevral - 4 saylı nümayəndəlik, Salyan
13-16 fevral - 1 saylı nümayəndəlik, Bakı
15-16 fevral - 2 saylı nümayəndəlik, Sumqayıt
15-16 fevral - 6 saylı nümayəndəlik, Şəki
15-16 fevral - 7 saylı nümayəndəlik, Şəmkir

İkinci mərhələdə isə regionlararası seçim yarışlarının nəticələrinə əsasən, martın 3-5-də yeniyetmələrin Azərbaycan çempionatı baş tutacaq.

Final yarışlarında ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti