...

"Qarabağ" çempionluq şansını artırır, "Neftçi" son anda məğlubiyyətdən xilas oldu (ƏLAVƏ OLUNUB-2)

İdman Materials 19 Fevral 2014 18:55 (UTC +04:00)
Bu gün Premyer Liqada 22-ci turun oyunları keçirilir. Trend-in məlumatına görə, günün ilk oyunu paytaxtda gerçəkləşib.
"Qarabağ" çempionluq şansını artırır, "Neftçi" son anda məğlubiyyətdən xilas oldu (ƏLAVƏ OLUNUB-2)

"Rəvan" - "Qarabağ" və "Xəzər Lənkəran" - "Bakı" oyunları barədə məlumat əlavə olunub (ilk xəbər saat 16:50-də yayılıb)

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Bu gün Premyer Liqada 22-ci turun oyunları keçirilir. Trend-in məlumatına görə, günün ilk oyunu paytaxtda gerçəkləşib.

Son iki turda məğlub olan "Qəbələ" səfərdə AZAL-ın qonağı olub. Oyunda ilk topu qapısında görən "Qəbələ" sonradan iki top vurmaqla çempionluq şansını özündə saxlayıb (qollar: Turkoviç, 38-pen. (1:0), Subotiç, 43 (1:1), Ş.Rəhimov, 70-avtoqol (1:2).

Paytaxt derbisində "Neftçi" "İnter"i qəbul edib. 29-cu dəqiqədə "bankirlər"in heyətində Bokonyano fərqlənib.

Araz Abdullayev 76-cı dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib - 1:1. Lakin 5 dəqiqə sonra Salukvadze hesabı yenidən "İnter"in xeyrinə dəyişib. "Neftçilər" oyunun başa çatmasına 3 dəqiqə qalmış Ruslan Qurbanovun qolu ilə hesabı bərabərləşdirə biliblər - 2:2.

Zaqatalada keçirilən "Simurq" - "Sumqayıt" matçında isə meydan sahibləri 4:0 hesabı ilə qalib gəliblər.

"Rəvan" - "Qarabağ" oyununda ilk hissədə qol qeydə alınmayıb. İkinci hissədə isə 61 və 68-ci dəqiqələrdə Leroy Corc dubla imza atıb - 0:2.

"Xəzər Lənkəran" isə doğma meydanda "Bakı"nın öhdəsindən gələ bilməyib. Oyun bakılıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, "Qarabağ" 22 oyundan sonra 45 xalla turnir cədvəlinə başçılıq edir. Ən yaxın izləyicisi olan "Qəbələ"nin 41 xalı var. "Neftçi" və "Bakı" isə 39 xalla 3-cü və 4-cü yerləri bölüşürlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti