...

Bakıda "Gənc Olimpiyaçılar" Kuboku yarışları keçiriləcək

İdman Materials 20 Fevral 2014 11:28 (UTC +04:00)
24-25 fevral 2014-cü il tarixdə Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında sərbəst və yunan-Roma güləşi üzrə azyaşlı yeniyetmələr (2000-2001-ci il təvəllüdlü) arasında “Gənc Olimpiyaçılar” Kuboku yarışları keçiriləcək.
Bakıda "Gənc Olimpiyaçılar" Kuboku yarışları keçiriləcək

Azərbaycan, Bakı, 20 fevral /Trend/

24-25 fevral 2014-cü il tarixdə Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında sərbəst və yunan-Roma güləşi üzrə azyaşlı yeniyetmələr (2000-2001-ci il təvəllüdlü) arasında "Gənc Olimpiyaçılar" Kuboku yarışları keçiriləcək.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yarış Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən güləş klublarında sərbəst və yunan-Roma güləşi üzrə perspektivli idmançıların aşkarlanması, klub məşqçilərinin işinin qiymətləndirilməsi məqsədi daşıyır.

Komanda xarakteri daşıyan yarışlar FİLA-nın mövcud qaydalarına əsasən 10 çəki dərəcəsində keçiriləcək.

Yarışda 1 saylı nümayəndəlikdə fəaliyyət göstərən "Xosrov Cəfərov", "Azəri", "Müşviqabad", "Nardaran", "Cəngi", "Pirallahı", "Hövsan", "Bakı", "Həyat", "Xəzri" və "Şurabad" güləş klubları ilə yanaşı, əlavə komandaların da iştirakı nəzərdə tutulur.

Proqrama əsasən, fevralın 24-də sərbəst, fevralın 25-də isə yunan-Roma güləşi yarışları keçiriləcək.

Yarışda ilk üç yeri tutmuş komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və hədiyyələrlə mükafatlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti