...

Moldova - Azərbaycan oyununun başlanma vaxtı məlum oldu

İdman Materials 20 Fevral 2014 16:24 (UTC +04:00)
Martın 5-də Tiraspol şəhərində 21 yaşadək futbolçulardan ibarət Moldova və Azərbaycan yığma komandaları yoldaşlıq oyununda qarşılaşacaqlar.
Moldova - Azərbaycan oyununun başlanma vaxtı məlum oldu

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Martın 5-də Tiraspol şəhərində 21 yaşadək futbolçulardan ibarət Moldova və Azərbaycan yığma komandaları yoldaşlıq oyununda qarşılaşacaqlar.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, oyunun başlanma vaxtı və keçiriləcəyi stadion müəyyənləşib. Moldova - Azərbaycan yoldaşlıq görüşü "Sheriff Indoor Sports Hall" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Artıq meydan sahibi komandanın heyəti də açıqlanıb:

Qapıçılar: Aleksey Koşelev ("Real", Kişinyov), Kristian Avram (Kişinyov akademiyası)

Müdafiəçilər: Viktor Buqa, Konstantin Boqdan, Dinu Qraur (hamısı - "Zimbru), Vasili Jardan, Maksimilian Modirka (hər ikisi - "Daçiya"), Maksim Focşa (Kişinyov akademiyası), İvan Prodan ("Klinjen", Rumıniya), Viktor Georgiu ("Milsami")

Yarımmüdafiəçilər: Katalin Karp ("Dinamo" Kiyev, Ukrayna), İon Ursu, Sergey Matey, Yevgeni Zasavitsi, Valeri Tiron (hamısı - "Veris"), George Anton, Dan Spataru (hər ikisi - "Zimbru"), Vadim Rata, İqor Poyarkov (hər ikisi - "Tiraspol"), Vyaçeslav Lisa ("Şerif")

Hücumçular: İurie Mirza ("Tiraspol"), İqor Dima ("Şerif"), Nikolae Milinkeanu ("Veris")

Məqalədə:
Xəbər lenti

Xəbər lenti