...

Millimiz 2014-cü ilə qələbə ilə başladı

İdman Materials 5 Mart 2014 21:00 (UTC +04:00)
Azərbaycan millisi bu gün cari ildə ilk oyununa çıxıb.
Millimiz 2014-cü ilə qələbə ilə başladı

Azərbaycan, Bakı, 5 mart /Trend/

Azərbaycan millisi bu gün cari ildə ilk oyununa çıxıb.

Trend-in məlumatına görə, komandamız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışı çərçivəsində Filippin yığması ilə qarşılaşıb.

Hesabı 26-cı dəqiqədə Elvin Yunuszadə açıb. Matçda başqa qol qeydə alınmayıb və millimiz ilk dəfə qarşılaşdığı Filippinlə oyundan qalib ayrılıb - 1:0.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti