...

2020-ci il Avropa çempionatına Bakının namizədliyinə dair sənədlər aprelin sonunadək təqdim ediləcək

İdman Materials 7 Mart 2014 12:55 (UTC +04:00)
2020-ci il Avropa çempionatına Bakının namizədliyinə dair sənədlər aprelin 24-dək veriləcək.
2020-ci il Avropa çempionatına Bakının namizədliyinə dair sənədlər aprelin sonunadək təqdim ediləcək

Azərbaycan, Bakı, 7 mart /Trend/

2020-ci il Avropa çempionatına Bakının namizədliyinə dair sənədlər aprelin 24-dək veriləcək. Trend-in məlumatına görə, bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov qurumun bu gün keçirilən hesabat konfransında deyib.

E.Məmmədov bildirib ki, bu sənədlər disk və çap formatında təqdim olunacaq.

Onun sözlərinə görə, UEFA komissiyası namizəd şəhərlərə baxış keçirəcək və qalib şəhərlərin adları sentyabrın 21-də açıqlanacaq.

Konfransda daha sonra AFFA-nın irqçiliyə qarşı mübarizə ilə bağlı hazırladığı videoçarx göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti