Azərbaycan, Bakı, 17 mart /Trend/
Sərbəst güləş üzrə qadınlardan ibarət Azərbaycan yığmasının üzvləri Avropa çempionatına hazırlığın son mərhələsini Minskdə keçirəcəklər.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, sabahdan Belarusiya yığm komandası ilə birgə təlim-məşq toplanışlarına başlayacaq komanda bu gün yola düşəcək.
Martın 30-dək davam edəcək təlim-məşq toplanışında yığma komandanın əsas heyəti iştirak edəcək. Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında heyətdə 6 güləşçi yer alıb.
Minskdə keçiriləcək təlim-məşq toplanışına Mariya Stadnik (48 kq), Patimat Baqomedova (53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Raqnetta Qurbanzadə (63 kq) və Nadya Sementsova (69 kq) cəlb olunub.
Birgə təlim-məşq toplanışı başa çatdıqdan sonra komandamızın üzvləri Finlandiyanın Vantaa şəhərində keçiriləcək Avropa çempionatına yollanacaq.