...

"Çelsi" "Arsenal"ı top atəşinə tutdu

İdman Materials 22 Mart 2014 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 mart /Trend/

Bu gün İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində Londonda "Çelsi" - "Arsenal" oyunu keçirilib.

Trend-in məlumatına görə, artıq 5-ci dəqiqədə Samuel Eto "Çelsi"ni önə keçirib. 2 dəqiqə sonra Andre Şurle hesabı artırıb.

15-ci dəqiqədə Kieran Gibbs qırmızı vərəqə alaraq "Arsenal"ı azlıqda qoyub. 17-ci dəqiqədə Edin Hazard penalti zərbəsini dəqiq yerinə yetirib - 4:0.

İkinci hissəyə də "Çelsi" futbolçuları fəal başlayıblar. 66-cı dəqiqədə Oskar, 71-ci dəqiqədə isə Mohamed Salah "topçular"ı məyus edib - 6:0.

Beləliklə, "Çelsi" 31 oyundan 69 xalla turnir cədvəlində birinci sıradadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti