...

Altay Həsənov: Bakıda təşkil ediləcək I Avropa Oyunları keçirilməmişdən tarixə yazılıb

İdman Materials 5 Aprel 2014 17:02 (UTC +04:00)
Bakıda keçiriləcək I Avropa Oyunları bütün Azərbaycan xalqı, idmansevərlər üçün tarixi hadisədir.
Altay Həsənov: Bakıda təşkil ediləcək I Avropa Oyunları keçirilməmişdən tarixə yazılıb

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir E.Mehdiyev/

Bakıda keçiriləcək I Avropa Oyunları bütün Azərbaycan xalqı, idmansevərlər üçün tarixi hadisədir. Trend-in məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov mətbuat konfransında deyib.

A.Həsənov qeyd edib ki, artıq bu oyunlar keçirilməmişdən tarixə yazılıb: "Bizim ölkəmizin, rəhbərliyimizin, aidiyyəti qurumların bu yarışı yüksək səviyyədə keçirəcəklərinə inanıram. O ki qaldı nəticələrə, Oyunlarda gimnastikanın 6 növü olacaq. Bu, çətin, şərəfli, eyni zamanda məsuliyyətlidir. Çıxışımda dediyim kimi, indidən əməliyyat komitəsi ilə sıx əməkdaşlıq edirik. Çox ciddi hazırlaşmaq lazımdır, çünki bu formatda biz hələ yarış keçirməmişik".

A.Həsənov bildirib ki, bu, Azərbaycan dövləti, eləcə də Gənclər və İdman Nazirliyi üçün bir sınaqdır: "İnanıramki bu sınaqdan da yüksək səviyyədə çıxacağıq və təbii ki, nəticələr də olacaq".

AGF-nin vitse-prezidenti qeyd edib ki, hər bir yüksək nəticə məqbuldur: "Olimpiya prinsipi var. Biz bir çıxışla kifayətlənməyəcəyik. Biz çalışacağıq ki, azarkeşləri və Federasiyanın rəhbərliyini sevindirək".

Qeyd edək ki, bu gün Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının rəsmi saytı (http://baku2014.agf.az/application/) və yerli televiziya kanallarında nümayiş olunacaq təbliğat videoçarxı təqdim edilib.

Eyni zamanda çempionatın püşkatması keçirilib.

Xatırladaq ki, Bakıda iyunun 13-15-də bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti