Azərbaycan, Bakı, 14 may /Trend/
18 yaşadək qızlardan ibarət yığma komandaların iştirakı ilə Bakıda təşkil olunmuş UEFA-nın inkişaf mini-turnirində bu gün ilk oyun keçirilib.
Trend-in məlumatına görə, Bayıl stadionunda Azərbaycan və İsrail komandaları qarşılaşıb. Oyun 1:0 hesabı ilə israilli futbolçuların xeyrinə başa çatıb.
Turnirin növbəti oyunu sabah saat 14:00-da, Bayıl stadionunda İsrail və Rusiya komandaları arasında keçiriləcək.